"Fənərbaxça" rəhbərliyi Mourinyoya daha bir şans verdi
Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı çalışdırıcı Joze Mourinyo ilə bağlı yekun qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, "sarı-lacivərdlər" baş məşqçi ilə yola davam edəcəklərini bildiriblər.
"Fənərbağça" klubunun prezidenti Ali Koç hazırkı dönəmdə Joze Mourinyondan daha yaxşı baş məşqçi tapa bilməyəcəklərini və təcrübəli çalışdırıcı ilə yola davam etmək istədiklərini açıqlayıb.
Qeyd: Joze Mourinyo "Fənərbağça" klubunu ümumilikdə 26 oyunda meydana çıxarıb, bunlardan 15-də qələbə qazanıb, altı heç-heçə edib.
© Copyright 2026, All Rights Reserved