"Fənər"in başıbəlalı müdafiəçisi klubdan ayrıldı
"Çaykur Rizespor" etdiyi transferlə müdafiə xəttini gücləndirib.
90plus.az xəbər verir ki, Qaradəniz komandası, "Fənərbağça"dan Samet Akaydını heyətinə qatıb.
"Fənər"dən verilən açıqlamada, "Peşəkar oyunçularımızdan Samet Akaydın Super Liqa komandalarından "Çaykur Rizespor"a transfer olub. Sametə bundan sonrakı karyerasında uğurlar arzulayırıq." ifadələri yer alıb.
Qeyd: 30 yaşındakı futbolçu bu mövsüm "Fənərbağça" formasıyla 7 qarşılaşmada iştirak edib.
© Copyright 2026, All Rights Reserved