"Fənər"in əfsanəsini istefaya göndərdilər
"Antalyaspor"un baş məşqçisi Aleks de Souza ilə yollar ayrılıb.
90plus.az xəbər verir ki, bununla bağlı rəsmi açıqlamanın yaxın zamanda elan ediləcəyi gözlənilir.
Braziliyalı çalışdırıcının rəhbərlik etdiyi komandanın "Trabzonspor"a 0:5 hesabı ilə məğlubiyyətindən sonra klub rəhbərliyi bu qərarı qəbul edib. De Souzanın yerinə keçə biləcək ehtimal olunan namizədlərdən biri Murat Şahindir.
Xatırlatma: "Antalyaspor" Türkiyə Superliqasında 21 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved