Formula-1: Azneftə giriş məhdud olacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə Bakının bəzi küçə və prospektlərində quraşdırma işləri gedir.
90plus.az xəbər verir ki, avqustun 27-si saat 23:59-dan avqustun 28-i saat 05:45-dək yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdud olacaq.
Qeyd: Azərbaycan Qran-prisi sentyabrın 13-15-i baş tutacaq.
Mənbə: Bakı Şəhər Halqası Əməliyyat Şirkəti
© Copyright 2026, All Rights Reserved