Fransa ən dəyərlilər açıqlandı, zirvədə PSJ-li var
Fransa "Ligue 1"də bazar dəyərləri yeniləndi.
90plus.az xəbər verir ki, ümumilikdə, Fransanın birinci liqasındakı 126 oyunçunun yeni bazar dəyərləri müəyyən edildi. Kylian Mbappenin "Real Madrid"ə transfer olmasının ardından, PSJ-nin ulduzu Bredli Barkola, "Liqa 1"in ən dəyərli oyunçusu oldu. 22 yaşlı cinah oyunçusunun bazar dəyəri, 15 milyon avro artımla 65 milyon avroya yüksəldi. Bu artımla, komanda yoldaşları Osman Dembélé, Aşraf Hakimi və Varren Zaïre-Emerini geridə qoyaraq zirvəyə yüksəldi. "Qalatasaray"dan "Lyon"a icarəyə verilən Vilfried Zahanın və "Fənərbaxça"nın icarəyə götürdüyü Miha Zajc dəyər itirdilər.
"Transfermarkt"ın Fransa komandasından Yoaxim Durand, "Mbappe bu yay ayrıldığından bəri, BarKola həm PSJ, həm də "Liqa1"-də yeni bir ulduz olaraq görülür. Çempionlar Liqasında "Jirona" və "Arsenal" matçlarında təsirli olmasa da, liqada möhtəşəm bir başlanğıc etdi. Bu mövsümdə liqada vurduğu qol sayı, keçən mövsüm vurduğu qədərdir və bu da onun Fransa Milli Komandasına seçilməsini təmin etdi. Bütün bunları nəzərə alsaq, onun artıq Fransanın ən dəyərli oyunçusu olması olduqca məntiqli görünür," dedi.
© Copyright 2026, All Rights Reserved