Güləşçimiz dünya 3-cüsü oldu
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Bolqarıstanın Samokov şəhərində keçirilən gənclərin dünya çempionatında bürünc medal əldə edib.
90plus.az xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda qarşılaşmada kanadalı Ella Findinq üzərində 4:1 hesablı qələbə qazanaraq podiuma yüksəlib.
Milli komandamızın digər təmsilçisi Ruzanna Məmmədova (62 kq) isə finala vəsiqə qazanıb. O, sabah qızıl medal uğrunda görüşdə Çin idmançısı Yanqjen Yanqjenlə mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved