Günün oyunu, Analiz: “Fənərbağça - Qalatasaray ”
Bu günün oyunu: “Fənərbağça” – “Qalatasaray” derbisi mövsümün taleyinə təsir edə bilər.
90plus.az xəbər verir ki, Trendyol Super Liqasının 14-cü turu Türkiyə futbolunun ən böyük derbisinə səhnə olacaq. Saat 21:00-da başlayacaq qarşılaşmada “Fənərbağç” öz meydanında “Qalatasaray”ı qəbul edəcək:
Saat 21:00 Fənərbağça - Qalatasaray
TV: Digiturk Play Turkey; beIN CONNECT Turkey; beIN Sports 1; TOD Turkey
Bu derbi mövsümün ən həlledici oyunlarından biri hesab olunur. Sarı-göylər qələbə qazandığı təqdirdə liderliyi “Qalatasaray”dan geri alaraq zirvəyə yüksələcək. “Qalatasaray” isə üç xal əldə edəcəyi halda ən yaxın izləyicisi “Fənərbağça” ilə xal fərqini 4-ə çatdırmaq imkanı qazanacaq.
Son həftələr möhtəşəm forma əldə edən və liqada ardıcıl 5 oyun udan “Fənərbağça” 50 min azarkeşinin dəstəyi ilə liderliyi ələ keçirmək niyyətindədir. Mükəmməl başladığı mövsümdə son 3 matçın yalnız birini qazanan “Qalatasaray” isə ənənəvi olaraq çətin keçən Kadıköy səfərində yenidən qələbə qazanaraq liderliyini qorumağa çalışacaq.
“Fənərbağça” son 11 rəsmi matçında (onlardan 4-ü Avropada olmaqla) məğlubiyyət görməyib və liqanın yeganə məğlubiyyətsiz komandasıdır. Domeniko Tedesko rəhbərliyində 31 xalla 2-ci pillədə qərarlaşan sarı-göylər bu gecə üç xal əldə etsə, turu lider kimi tamamlayacaq.
Okan Burukun komandasını isə çətin Kadıköy səfərində liderlik kürsüsünü itirməmək uğrunda mübarizə gözləyir. 9 qələbə və 4 heç-heçə ilə 31 xal toplayan “Fənərbağça” azarkeşi qarşısında mövsümün ən vacib oyununa çıxacaq.
© Copyright 2026, All Rights Reserved