Hakim Ziyeş: "Qalatasaray"ın çempion olmağı məni maraqlandırmır"
Komandadan ayrılmağa hazırlaşan Hakim Ziyeş baş məşqçi Okan Buruk haqqında mənfi fikirlər səsləndirib.
90plus.az xəbər verir ki, yanvarda ayrılması böyük ehtimalla baş tutacaq olan Hakim Ziyeş baş məşqçi Okan Buruk və komanda haqqında mənfi danışıb:
"Mənim "Qalatasaray"la işim bitdi. Yanvarda gedəcəyəm. Bunu kluba bildirmişəm. Artıq məndən heç nə soruşmurlar. İstədiyimi edirəm. Okan Buruk kimi pis baş məşqçi görməmişdim.
“Qalatasaray”ın çempionluğu məni maraqlandırmır. Nə olursa, olsun, məni rahat buraxsınlar. Mövsümün əvvəlində bura gəldiyimə görə artıq təəssüflənirəm".
© Copyright 2026, All Rights Reserved