Hansi Flik təqvimdən şikayət etdi
Hans Flik "Barselona"nı gözləyən sıx oyun təqvimi haqda danışıb.
90plus.az onun fikirlərini təqdim edir:
"Bütün futbolçularımız millilərin heyətində çıxış ediblər. Sabah isə "Osasuna"ya qarşı meydana çıxmalıyıq. Təxirə salınmış bu matçın uyğun vaxtda keçiriləcəyini demək olar? Bəlkə də.
"Həmçinin "Leganes" ilə oyunumuzu qeyd etmək istəyərdim. Çempionlar Liqasının 1/4 finalının ilk görüşündən sonra La Liqadakı matçımız yerli vaxtla saat 20:00-da başlayacaq. Nəticədə səfərdən gec qayıdacağıq. Bu, heç də uyğun deyil.
"Başqa liqalarda avrokuboklarda mübarizə aparan komandaları qorumağa çalışırlar. Amma bəraət axtarmayacağıq. Barça hazırdır, maksimum nəticə əldə etməliyik. Bəlkə də, UEFA və FIFA futbolçuların millinin oyunlarından sonra azı 2 gün istirahət etməli olduqları haqda düşünməlidirlər".
Qeyd: Hansi Flik 3-4 il “Barselona”da qalmaq və daha sonra məşqçilik karyerasını bitirməyi planlaşdırır (📰: Sport).
© Copyright 2026, All Rights Reserved