Harri Keyn Premyer Liqaya qayıdışı barədə danışdı
"Bayern Münhen"də uğurlu mövsüm keçirən Harri Keyn bu yay Premyer Liqaya mümkün qayıdışı ilə bağlı danışıb.
90plus.az xəbər verir ki, "Tottenhem"də hələ də klubun ən çox qol vuranı kimi yadda qalan (83 oyun, 77 qol), 2023-cü ildə oradan Bavariyaya gələn Keyn bu xəbərləri yalanlayıb:
"Bir neçə təsadüfi söyləntilər var. Mənim bütün diqqətim "Bayern" üzərindədir. Bu söz-söhbətin haradan gəldiyini bilmirəm".
"Mən Bayern Münhendə xoşbəxtəm".
Qeyd1: Harri Keyn bu mövsüm Bundesliqada:
25 oyun, 22 qol, 7 məhsuldar ötürmə.
Bu mövsüm Çempionlar Liqasında:
11 matç, 10 qol, 2 məhsuldar ötürmə.
Almaniya Kuboku: 2 oyun, 1 qol.
Qeyd 2: "Bayern" bu mövsüm Bundesliqada qalib gəlməyə hazırdır və turnir cədvəlinin zirvəsində 6 xallıq fərqlə liderdir.
📰: ESPN
© Copyright 2026, All Rights Reserved