İdmançılarımız medal qazandı
Ölkəmizin yeniyetmə badmintonçuları İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə bürünc medal qazanıblar.
90plus.az xəbər verir ki, “Istanbul U17 Open” turnirinə 3 qız, 2 oğlan idmançı ilə qatılan komandamız Türkiyə, Serbiya, Fransa, Bolqarıstan, İngiltərə, Albaniyanı təmsil edən 17 yaşadək badmintonçuların turnirində oğlanların qoşa kateqoriyasında bürünc medala sahib olub.
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Ülvi Hüseynov və Əmirxan İmanov tandemi ardıcıl 3 qələbə sayəsində yarımfinala vəsiqə qazanıb.
Yeniyetmə badmintonçumuz Ömər Teymurlu Bolqarıstan təmsilçisi Kalina Koseva ilə birgə müvafiq kateqoriyada ardıcıl olaraq 3 qələbə qazanaraq turnirin yarımfinalına kimi irəliləməklə mükafatçılar sırasında yer alıb.
© Copyright 2026, All Rights Reserved