İdmançımız qızıl medal qazandı!
Azərbaycan karateçisi Fərid Savadov Macarıstanın Mişkolts şəhərində baş tutan Avropa Universitet Oyunlarında qızıl medala layiq görülüb.
90plus.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan F.Savadov finalda Andras Laslona qalib gəlib.
Heyəti Fərid Savadov, Ramil Baxşəliyev, Nicat Kərimli, Vahid Həsənov və Osman Osmanlıdan təşkil olunmuş komanda isə yarışı ikinci pillədə bitirib.
Qeyd: Daha öncə Aysu Əliyeva, Renata Ərəbli, Suada Kərimova və Fatimə Cəbrayılovadan ibarət kollektiv bürünc medallar qazanıb.
© Copyright 2026, All Rights Reserved