İkardi "Qalatasaray"dan ayrılır
"Qalatasaray" klubunda gözlənilməz bir durum yaşanıb.
90plus.az xəbər verir ki, argentinalı ulduz Mauro İkardi klub rəhbərliyi ilə keçirdiyi görüşdə komandadan ayrılmaq istədiyini ifadə edib. Təcrübəli futbolçu vətəninə dönmək arzusundadır.
2026-cı ilə qədər "Qalatasaray"la müqaviləsi qüvvədə olan İkardinin ailəsinə daha yaxın olmaq məqsədilə transfer edilmək istədiyi qeyd olunur.
Xatırlatma: Son vaxtlar zədələrlə mübarizə aparan İkardi bu mövsüm "cim-bom"un heyətində cəmi 14 oyunda forma geyinib. O, həmin qarşılaşmalarda 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun gələcəyi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved