İlkay Gündoğan uşaqlıq sevdasına qovuşdu - FOTO
90plus.az xəbər verir ki, Almaniyalı–türk əsilli futbolçu İlkay Gündoğan "Qalatasaray"a transfer olunduğunu sosial şəbəkə hesabında paylaşdığı emosional foto ilə təsdiqləyib. Fotoda uşaq yaşlarında "Qalatasaray" formasında olan Gündoğan bu klubla uşaqlıqdan bəri olan bağını vurğulayıb.
34 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Transfer azad agent kimi reallaşıb və futbolçunun illik təxminən 5 milyon avro qazanacağı gözlənilir.
Gündoğan 2024-cü ilin avqustunda qısa müddət çıxış etdiyi "Barselona" klubundan ayrılaraq yenidən "Mançester Siti"yə qayıtmışdı. Lakin ötən mövsüm məhdud oyun vaxtı aldığı üçün klubdan ayrılmağa qərar verib.
Transfer mütəxəssisi Fabrisio Romanonun verdiyi məlumata görə, Gündoğan tibbi müayinədən keçmək və müqaviləyə imza atmaq üçün 2 sentyabr tarixində İstanbula yollanıb. Türkiyədə transfer pəncərəsinin 12 sentyabra qədər açıq olması "Qalatasaray"a bu təcrübəli futbolçunu heyətinə qatmaq imkanı yaradıb.
Bu transferlə "Qalatasaray" UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə daha iddialı çıxış etmək üçün heyətini gücləndirməkdə davam edir. Gündoğan, komandaya yeni qoşulan digər ulduzlar – almaniyalı Leroy Sané və nigeriyalı hücumçu Viktor Osimhen ilə yenidən bir araya gələcək.
© Copyright 2026, All Rights Reserved