İnfantino Rusiyaya ümid verdi: "Qayıda bilərlər"
FIFA-nın prezidenti Canni İnfantino Rusiya komandalarının beynəlxalq arenalara geri dönmə ehtimalı ilə bağlı fikirlərini bildirib.
90plus.az xəbər verir ki, bu haqda qurumun rəhbəri UEFA-nın Belqradda keçirilən Konqresində açıqlama verib:
"Dünyamız parçalanıb və insanları bir araya gətirmək üçün hər fürsəti dəyərləndirməliyik. Ukraynada sülhün əldə edilməsi istiqamətində danışıqlar davam edir. Ümid edirəm ki, tezliklə bu dövrü sona çatdırıb və Rusiyanı futbol dünyasına geri qaytara biləcəyik."
Xatırlatma: Rusiya 2022-ci ildən etibarən bütün beynəlxalq yarışlardan xaric edilib.
© Copyright 2026, All Rights Reserved