“İnfantino Ukrayna futboluna kömək etmir"
"Şaxtyor"un baş direktoru Sergey Palkin FIFA-nı tənqid edib.
90plus.az xəbər verir ki, funksioner Ukraynada baş verən siyasi hadisələrə görə legioner futbolçuların bu ölkənin klublarını pulsuz tərk etməsinə icazə verən FIFA-nın qərarına sərt münasibət bildirib:
"FIFA davamlı olaraq "biz bir ailəyik" deyir. O ailə hardadır? Ukrayna ola bilsin ki, bu ailənin bir hissəsi deyil. Canni İnfantino Ukrayna futboluna kömək etmir".
📰: The Athletic
© Copyright 2026, All Rights Reserved