İngiltərə çempion olsa 18 milyon dollar premya
İngiltərə Futbol Federasiyası milliyə Avropa çempionu olacağı təqdirdə milli futbolçularına külli miqdarda premya vəd edib.
90plus.az “The Sun”-a istinadla xəbər verir ki, İngiltərə Millisi AVRO-2024-ün qalibi olarsa, federasiya oyunçulara 14 milyon funt-sterlinq (18 milyon dollara yaxın) mükafat paylayacaq.
Qeyd: İngiltərə hazırda 6 xalla C qrupunda 1-ci pillədə yer alır. Danimarkaya qalib gəlsə, 9 xalı olacaq.
© Copyright 2026, All Rights Reserved