İngiltərə millisinin hücumçusu "Beşiktaş"da
90plus.az xəbər verir ki, “Beşiktaş” klubu “Roma”nın hücumçusu Temmi Abrahamın transferini reallaşdırıb. İngiltərə milli komandasının üzvü artıq İstanbulda yerləşir.
Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti açıqlama verib. 27 yaşlı hücumçu tibbi baxışdan keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. “Beşiktaş” bu transfer üçün İtaliya təmsilçisinə 20 milyon avro təzminat ödəyəcək.
Qeyd: Temmi Abraham ötən mövsümü icarə əsasında “Milan” klubunda keçirib.
© Copyright 2026, All Rights Reserved