İngiltərədə hədəf taxtasında olan Altay türk klublarına şərt qoydu
"Mançester Yunayted"də forma şansı almaqda çətinlik çəkən və son çıxışları ilə tənqid olunan Altay Bayındırın Türkiyə Super Liqasına geri dönə biləcəyi iddia olunur.
90plus.az xəbər verir ki, 27 yaşlı türk qapıçı 13 aprel 2025-ci ildə "Nyukasl Yunayted" ilə keçirilən Premyer Liqa matçında ilk dəfə əsas heyətdə meydana çıxdı və 4-1 hesablı məğlubiyyətə üzüldü. Bu nəticə və əvvəlki çıxışları, o cümlədən "Tottenhem" ilə oynanan İngiltərə Liqa Kubokunun dörddəbir finalında künc zərbəsindən buraxdığı qol İngiltərə mətbuatı və azarkeşlər tərəfindən sərt tənqidlərə səbəb oldu.
,Altay Bayındırın Super Liqaya dönüşü üçün iki əsas şərt var: "Mançester Yunayted"in transferə razılığı və Türkiyədə əsas qapıçı statusunun təmin olunması.
Altay Bayındır 2023-cü ilin sentyabr ayında "Mançester Yunayted"ə transfer olunaraq klubun tarixində ilk türk futbolçu olmuşdu. Ancaq o vaxtdan bəri əsas heyətdə məhdud sayda oyun şansı əldə edib və performansı ilə gözlənilən etimadı qazana bilməyib.
Hazırda onun adı Türkiyənin aparıcı klubları ilə hallanır və yay transfer pəncərəsində ölkəsinə qayıtması gündəmdədir.
© Copyright 2026, All Rights Reserved