İspan məşqçi "Milan"a yazıldı
"Komo" klubunun baş məşqçisi Sesk Fabreqasa daha bir komandanın maraq göstərdiyi bildirilir.
90plus.az xəbər verir ki, "Milan" ispan mütəxəssisini baş məşqçi postuna gətirməyi düşünür.
"Rossonyerlər" Serxio Konseysaonun fəaliyyətindən narazı olduğu üçün Fabreqasla danışıqlar aparır.
Bundan əlavə, "Mançester Siti" rəhbərliyinin də Fabreqası heyətində görmək istədiyi qeyd olunur. Lakin 37 yaşlı çalışdırıcının hansı klubu seçəcəyi hələlik bəlli deyil. O, 19 iyul 2024-cü ildən "Komo"ya rəhbərlik edir və onun müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved