Jerar Pike: 1 mövsümdə 40 min avro cərimələnib
"Andorra" prezidentinə növbəti cərimə – ümumi məbləğ 40 min avronu keçdi.
Jerar Pike növbəti dəfə cəzalandırılıb.
90plus.az xəbər verir ki, "Andorra” klybunun prezidenti olan sabiq müdafiəçi Jerar Pike hakimliklə bağlı etirazlarına görə İspaniya Futbol Federasiyası (RFEF) tərəfindən 12 min avro məbləğində cərimələnib.
Bu, 2024/25 mövsümündə Pikenin aldığı dördüncü sanksiyadır. Bununla da onun ümumi cərimə məbləği 40 min avronu keçib.
Qeyd: Klub rəhbəri son aylarda dəfələrlə hakim qərarlarını sərt şəkildə tənqid edib və bu səbəbdən federasiya tərəfindən intizam tədbirləri ilə üzləşir.
Hazırda Pikenin gələcəkdə əlavə cəzalar alıb-almayacağı isə açıq qalır.
© Copyright 2026, All Rights Reserved