Karateçilərimizdən Moskvada 5 medal
Rusiyanın paytaxtı Moskvada "Moscow Karate Universe-2024" beynəlxalq karate yarışı keçirilib.
90plus.az xəbər verir ki, yığmamız turnirdə 5 medal qazanıb.
Şəxsi kumite yarışlarında Teymurova Fidan (-50 kq), Sadıqova Mədinə (-55 kq), Quliyev Əminağa (-60 kq) və Hüseyn Məmmədli (-67 kq) bürünc medal, kata üzrə isə Heydərov Roman gümüş medal qazanıb.
Karateçilərimiz beynəlxalq yarışa Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və AKF -nin böyüklərdən ibarət yığma komandasının baş məşqçisi Şahin Atamovun rəhbərliyi ilə yollanıb.
Qeyd: Beynəlxalq yarışda 15 ölkədən (Rusiya, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Belarusiya, Ermənistan, İtaliya, Bolqarıstan, Venesuela, Tunis, Misir, Özbəkistan və Hindistan) 350-ə yaxın karateçi mübarizə aparıb.
© Copyright 2026, All Rights Reserved