“Karvan” 4 qollu qələbə qazandı
“Karvan-Yevlax”dan inamlı qələbə – Rauf Rüstəmli het-trik etdi.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 27-ci turunun açılış oyununda “Karvan-Yevlax” öz meydanında “Kəpəz”i darmadağın edib. Görüşün əsas qəhrəmanı Rauf Rüstəmli olub. Hücumçu matçda het-trikə imza atıb:
Karvan 4 - 1 Kəpəz
Rauf Rüstəmli 38’ 45+1’ 90+4’
Fərid Nəbiyev 48’
Eltun Turabov 65’
Qollar: https://t.me/doxsanplus/116175
Qeyd: Gəncə təmsilçisi iki tur əvvəl çempionluğa iddialı “Qarabağ” üzərində sensasiyalı qələbə qazanmışdı (1:0). Lakin komanda bu dəfə turnir cədvəlinin son pilləsində qərarlaşan “Karvan-Yevlax” qarşısında aciz qalıb.
Bu nəticədən sonra “Karvan-Yevlax” autsayder mövqeyindən çıxmaq uğrunda mübarizədə mühüm addım atıb.
© Copyright 2026, All Rights Reserved