Kazemiro Messi ilə eyni formanı geyinmək istəyir
“İnter Mayami”dən böyük plan: Kazemiro Messi ilə oynamaq istəyir.
90plus.az xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" yay transfer pəncərəsində səs-küylü keçidə hazırlaşır. Klubun əsas hədəflərindən biri Kasemiro hesab olunur.
Məlumata görə, 34 yaşlı yarımmüdafiəçi azad agent kimi komandaya qoşula bilər. Braziliyalı futbolçunun bu keçiddə maraqlı olduğu və hətta transferin reallaşması üçün maaş tələblərini azaltmağa hazır olduğu bildirilir.
Kazemironun əsas motivasiyalarından biri isə Lionel Messi ilə eyni komandada çıxış etmək istəyidir. Təcrübəli futbolçunun karyerasının son illərini MLS-də keçirməyə müsbət yanaşdığı qeyd olunur.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi və “İnter Mayami”nin bu transferdə ciddi namizəd olduğu vurğulanır. Bu keçidin baş tutacağı halda, ABŞ klubu heyətini daha da gücləndirərək beynəlxalq diqqəti üzərinə çəkməyə davam edəcək.
© Copyright 2026, All Rights Reserved