Kloppun agenti "Real" söhbətlərinə aydınlıq gətirdi
"Red Bull" şirkətinin beynəlxalq direktoru olan Yurgen Kloppun nümayəndəsi Mark Kosike, almaniyalı mütəxəssisin "Real Madrid" və ya Braziliya yığmasına keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90plus.az xəbər verir ki, Yurgen Klopun agenti belə dedi:
“Başa düşürəm ki, Kloppla bağlı Avropanın aparıcı klubları və bir sıra futbol federasiyaları ilə danışıqlar aparılır. Lakin o, qarşıdakı mövsümdən etibarən heç bir komandada baş məşqçi vəzifəsini icra etməyi planlaşdırmır – nə “Real Madrid”, nə də Braziliya millisində. Yurgen hazırda 'Red Bull'un qlobal rəhbəri kimi fəaliyyətindən məmnundur və uzunmüddətli müqaviləyə malikdir, buna görə də əlavə şərhə ehtiyac yoxdur,” – deyə Kosike bildirib.
Bundan öncə mediada 57 yaşlı mütəxəssisin "Red Bull"dakı mövqeyindən yorulduğu və məşqçiliyə qayıtmaq ehtimalını dəyərləndirdiyi ilə bağlı məlumatlar yayılmışdı.
© Copyright 2026, All Rights Reserved