Dünya Kuboku: “Əl Hilal” 1/8-də! Rəqib “Man Siti”
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Meksika təmsilçisi “Paçuka” üzərində 2:0 hesablı qələbə qazanaraq Klubların Dünya Çempionatında 1/8 finalına vəsiqə qazanıb.
90plus.az xəbər verir ki, bu nəticə ilə “Əl-Hilal” qrup mərhələsini adlayan Avropa və Amerika kənarından yeganə klub olub.
Səudiyyə Ərəbistanı təmsilçisi növbəti mərhələdə İngiltərənin “Mançester Siti” klubu ilə qarşılaşacaq. Oyun bazar ertəsi, Orlando şəhərində baş tutacaq.
Görüş “Geodis Park” stadionunda keçirilib və tribunada 14 147 azarkeş olub (stadionun tutumu 30 000 nəfərdir).
"Əl-Hilal” H qrupundan çıxan ikinci komanda olub. “Real Madrid” isə "Zalsburq” üzərində 3:0 hesablı qələbə ilə mərhələni adlayıb. “Paçuka” isə turnirdə heç bir qələbə qazana bilməyib.
Oyundan sonra Ruben Neves (“Əl-Hilal”):
“Bu turnirdə asan oyun yoxdur. Burada olan hər bir komanda güclüdür. Çətin matç idi… Amma qapımızı toxunulmaz saxladıq və qalib gəldik. Ən önəmlisi budur.”
İlk qolun müəllifi Salem əl-Dosari (“Əl-Hilal”): “Hər futbolçu qol vurmaq istəyir. Qolum iddialı idi və fərqlənmək mənim üçün bir növ tortun üzərindəki albalı oldu.”
© Copyright 2026, All Rights Reserved