La Liqa “Barsa” üçün Olmo və Viktoru təsdiqləmir
La Liqa "Barselona"nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyatını təsdiqləməkdən imtina edib.
90plus.az xəbər verir ki, İspaniyanın Ali İdman Şurası (CSD) adıçəkilən oyunçuların mövsümün sonuna qədər qeydiyyata alınmasına icazə verib. Lakin La Liqa bu qərara qarşı apelyasiya şikayəti verib:
"La Liqa mövcud qanunvericiliyə, ədalətli rəqabət prinsiplərinə və qaydalara obyektiv riayət olunmasına sadiqdir. Buna görə də biz bu qərarın qanuni olmadığını düşünür və ona etiraz edirik".
La Liqanın bəyanatında yeni auditorun “Barselona”nın stadionun VIP-yerlərinin satışından əldə etdiyi 100 milyon avronu nəzərə almadığı bildirilib.
Beləliklə, Kataloniya klubu "maliyyə feyr-pleyi"nin 1:1 qaydasını yenidən pozmuş olur.
La Liqa maliyyə əməliyyatını təsdiqləməklə Olmo və Viktorun qeydiyyatdan keçirilməsinə səbəb olan əvvəlki auditoru məhkəməyə verəcək.
© Copyright 2026, All Rights Reserved