"Liverpul" qapıçısını itirdi - Beyin sarsıntısı keçirib
"Liverpul"un qapıçısı Alisson Bekker ciddi yaralanma səbəbindən komandasına yardım edə bilməyəcək.
90plus.az xəbər verir ki, braziliyalı qolkiper beyin sarsıntısı keçirib.
Bu səbəbdən o, İngiltərə Premyer Liqasının 30-cu turunda "Everton"la keçirilən qarşılaşmada iştirak etməyib. Alisson, DÇ-2026-nın seçmə mərhələsində martın 21-də oynanan Braziliya – Kolumbiya matçında zədə alıb.
Alisson bu mövsüm "Liverpul"da oynadığı 28 oyunun 12-də qapısını toxunulmaz saxlayıb.
© Copyright 2026, All Rights Reserved