"Liverpul"un yetirməsi Fransa klubunda
Tayler Morton "Lion"da.
90plus.az xəbər verir ki, Fransanın "Lion" klubu "Liverpul"un yetirməsi Tayler Mortonu heyətinə cəlb edib. Məlumatı İngiltərə təmsilçisinin mətbuat xidməti təsdiqləyib.
Klubun açıqlamasında qeyd olunur ki, 22 yaşlı dayaq yarımmüdafiəçisi 7 yaşından bəri "Liverpul" akademiyasının üzvü olub və bu illər ərzində inkişaf edərək əsas komandaya qədər yüksəlib. O, "qırmızılar"ın heyətində ümumilikdə 14 matçda forma geyinib.
İngiltərə mətbuatı bildirir ki, "Liverpul" bu transferdən 15 milyon avro gəlir əldə edib. Həmçinin, klub Tayler Mortunun növbəti satışından 20 faiz pay alacaq.
Qeyd: Morton əsas komanda ilə debütünü 2021-ci ilin sentyabrında İngiltərə Liqa Kubokunda “Norviç”ə qarşı keçirdiyi (3:0) oyunda etmişdi.
© Copyright 2026, All Rights Reserved