Makkreqor meydana girdi, "Arsenal" araşdırma başlatdı
Makkreqor meydana girib Şaka ilə zarafatlaşdı.
90plus.az xəbər verir ki, ÇempionlarLiqasında "Arsenal" öz meydanında PSJ-ni 2-0 hesabı ilə məğlub etdi. Qarşılaşmadan sonra keçmiş UFC çempionu Konor Makqreqor ilə "Arsenal"ın ulduzu Bukayo Saka arasında baş verənlər gündəmə düşdü.
MAKQREQOR SAKA İLƏ ZARAFATLAŞDI
Meydana daxil olan Makqreqor, zarafat məqsədilə Sakaya təpik və yumruqlar atdı. İrlandiyalı döyüşçünün bu hərəkətindən sonra "Arsenal"da qırmızı siqnal verildi.
"ARSENAL" ARAŞDIRMA BAŞLATDI
İngilis mediasında yer alan xəbərlərə görə, Makqreqorun Sakaya etdiklərindən sonra klub daxili araşdırma başladıldı. Premyer Liqa nəhəngi, keçmiş UFC çempionunun meydana icazə almadan necə girdiyini araşdırır. "Arsenal"ın artıq oyun sonlarında məşhur şəxslərin meydana girişini tamamilə qadağan etməsi gözlənilir.
MEYDANA NECƏ DAXİL OLDU?
Makqreqor və onun dostlarının Emirates stadionunda bir loja da daxil olan VIP bilet aldıqları bildirilir. Bu VIP biletin oyun sonrası meydançaya girişi də təmin etdiyi və Makqreqorun bu yolla Sakaya bu qədər yaxınlaşa bildiyi danışılır.
© Copyright 2026, All Rights Reserved