“Man Yunayted”lə dünya kuboku zarafatı etdilər
Klublararası Dünya Çempionatı turnirindən qovulan "Leon" klubunun əvəzinə "Mançester Yunayted" klubu iştirak edəcək.
90plus.az xəbər verir ki, "Football Rankings" bu xəbəri paylaşıb. Onlara əlavə vəsiqə digər klublardan fərqli olaraq reytinq xalına görə deyil, klubun qlobal azarkeş sayının çox olmasına görə verildiyi deyilir.
"Man Yunayted"in Flamenqo" və "Çelsi" ilə birgə D qrupunda yarışacağı da qeyd olunub.
Daha sonra qurum: "1 Aprel gülüş gününüz mübarək!" deyərək paylaşımına təkzib verib
"Bağışlayın, Mançester Yunayted azarkeşləri, lakin FİFA hələ "Leonu""u hansı klubun əvəz edəcəyini təsdiqləməyib".
📰: Football Rankings
© Copyright 2026, All Rights Reserved