Man Yunayted: “Hardasan ay De Xea?!”
“Mançester Yunayted” rəhbərliyi David de Xea ilə yollarını ayırmağın və Andre Onananın transferinin səhv olduğunu etiraf edib.
90plus.az xəbər verir ki, klub de Xeanı yay transfer pəncərəsində Old Trafforda qaytarmaq üçün hərəkət etməyi ciddi şəkildə düşünür.
Bir vaxtlar dünya futbolunun ən yaxşı qapıçılarından biri hesab edilən ispaniyalı “qırmızı şeytanlar”ın heyətində 500-dən çox oyun keçirdikdən sonra 2023-cü ilin yayında Man Utd-dan ayrıldı.
De Xeanın forması Old Trafforddakı son bir neçə mövsümündə azaldı və Erik ten Haq 2023 yay transfer pəncərəsində onu əvəz etməyi seçdi.
Əvəzində kamerunlu Andre Onananı "İnter"dən almaq üçün 55 milyon avro ödədi.
De Xea isə 2024-cü ilin avqustunda İtaliya A Seriyası klubu "Fiorentina" ilə müqavilə bağlayana qədər təxminən 12 ay klubsuz qaldı.
📰: Fichajes; football365
© Copyright 2026, All Rights Reserved