"Mançester Yunayted"də Amorim və Runi atışması
Runi "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimi tənqid edib.
90plus.az xəbər verir ki, Runiyə Amorimdən cavab gecikməyib:
Runi, "Mançester Yunayted"in sabiq futbolçusu
"Çempion olmağı hədəflədiklərini demək , təcrübəsiz bir düşüncədir, çünki hazırda bundan çox uzaqdadırlar. Liqanı qazanmaq üçün necə yarışa girə bilərlər? Məncə, onların məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq olmalıdır."
Amorimin isə ad çəkmədən Runiyə işarəsi:
"Bizim hədəfimiz Premyer Liqa çempionluğudur. Saf olmaq, bunu bu mövsüm edəcəyimizi və ya gələn il ən yaxşı komanda olacağımızı düşünməkdir. Hər kəsin hər şeyi bildiyini anlayıram, mən də bir zamanlar şərhçi olmuşam. Bu, həqiqətən ən asan işdir. Və mən naiv deyiləm, buna görə də buradayam. 40 yaşım var və "Mançester Yunayted" çalışdırıram."
Qeyd: Ueyn Runi futbolçu karyerasında "Mançester Yunayted" əfsanəsi olsa da, baş məşqçi kimi hələ də istədiyi uğuru əldə edə bilməyib. İngiltərənin aşağı liqalarında çalışmış 39 yaşlı mütəxəssis, son iki klubu "Plimut" və "Birmingem"də ümumilikdə 40 oyuna çıxıb və cəmi 7 qələbə qazana bilib.
© Copyright 2026, All Rights Reserved