"Mançester Yunayted"dən "Qalatasaray"ın oyunçusuna böyük təklif
"Mançester Yunayted" "Qalatasaray"ın 26 yaşlı braziliyalı yarımmüdafiəçisi Qabriel Saranı transfer etmək üçün rəsmi təklif hazırlayır.
90plus.az xəbər verir ki, Premyer Liqa klubu Saraya görə İstanbul təmsilçisinə 30 milyon avro ödəməyə hazırdır. Lakin "Qalatasaray" futbolçunun qiymətini minimum 35 milyon avro olaraq təyin edib.
Qabriel Sara da İngiltərəyə dönmək arzusundadır. Qeyd edək ki, o, 2024-cü ilin yayında "Norviç"dən "Qalatasaray"a transfer olunub. Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 45 oyunda meydana çıxıb, 2 qol vurub və 10 məhsuldar ötürmə edib.
Futbolçunun İstanbul klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved