"Mançester Yunayted"in futbolçusu Ardanı təriflədi
"Mançester Yunayted"in futbolçusu Amad Diallo, "Real"ın oyunçusu Arda Güler haqqında fikirlərini bölüşüb.
90plus.az məlumat verir ki, Diallo, keçən mövsüm İngiltərə Premyer Liqasının 34-cü turunda "Nyukasl"la keçirilən oyunda (3:2) fərqlənərək, daha sonra Ardanın qol sevincini təkrarlayıb.
Amad, həmin hadisədən bir müddət keçməsinə baxmayaraq, türk futbolçu barədə danışıb və onu yüksək qiymətləndirib:
"Bu qol sevincini ilk dəfə "Real"ın oyunçusu Arda Gülerdə görmüşəm. Çox xoşuma gəldi və onu sınamaq istədim. Ardanı həqiqətən də bəyənirəm. O, gənc və çox istedadlı bir futbolçudur. Ardanın "Real" kimi nəhəng bir klubda oynaması onun yüksək səviyyəli oyunçu olduğunu sübut edir. O, hazırda dünyanın ən yaxşı futbolçularından biridir."
Qeyd: Arda 2023-cü ilin yay transfer pəncərəsində 20 milyon avroya "Real"a keçib.
© Copyright 2026, All Rights Reserved