Marko Asensio “Fənərbağça”ya gəlir
“Fənərbağça” Marko Asensionun transferi üçün PSJ ilə razılığa gəldi — “Milan” da yarışa qoşuldu.
90plus.az xəbər verir ki, “Fənərbağça” Marko Asensionu heyətinə qatmaq üçün Paris Sen-Jermenə etdiyi rəsmi təklifi qəbul etdirib. Lakin ispan futbolçunun əsas hədəfinin Super Liqa olmadığı bildirilir (L’Equipe).
28 yaşlı vinger yeni mövsümdə daha rəqabətli liqada oynamağı üstün tutur. Məhz bu səbəbdən İtaliya təmsilçisi “Milan” da Asensionu transfer etmək üçün danışıqlara start verib.
“Milan” rəhbərliyi futbolçunun qərarını dəyişdirmək və onu A Seriyasına cəlb etmək üçün çalışır. Hələlik yekun qərar verilməsə də, Asensionun gələcəyi yaxın günlərdə müəyyənləşəcək.
Qeyd: Marko Asensio ötən mövsüm PSJ-nin heyətində 24 oyunda iştirak edib və 6 qol vurub.
© Copyright 2026, All Rights Reserved