Mbappe: “Dembelenin necə ələ salındığını bilirəm”
"Real Madrid"in fransalı ulduzu Kilian Mbappe həmyerlisi və dostu Usman Dembelenin bu mövsümdəki əla forması haqqında danışıb.
90plus.az xəbər verir ki, Mbappe Dembelenin çıxışına sevindiyini deyib və maraqlı açıqlamalar verib:
“Onun bunu etdiyini görmək şəxsən məni coşdurur, çünki onun nə qədər tənqid olunduğunu və ələ salındığını bilirəm”.
"14 yaşından bəri onun ən böyük dəstəkçisi olmuşam. Mən həmişə onun qol vurmadığı vaxtlarda belə dünyanın ən yaxşı oyunçularından biri olduğunu demişəm".
"Bəziləri elə bilirdi ki, bunu sadəcə onu bəyəndiyim üçün deyirəm. Amma mən meydanda dostluq və reallıq arasındakı fərqi bilirəm".
"Usman 27 yaşındadır, yetkinlik çağına çatıb, bu, futbolda normaldır. Daha erkən yetişən oyunçular var, ona görə də bəziləri onun gec inkişafını düşünə bilərdi."
"Ancaq yox, Ousmane Dembele heç vaxt gecikməyib; bu, 27 yaşında tam potensialına çatan bir futbolçunun normal təkamülüdür."
"Onu hələ qarşıda gözəl illər gözləyir. Mən onun üçün çox şadam və ümid edirəm ki, o, belə də davam edəcək. O, əldə etdiyinə layiqdir; bunun üçün çox çalışıb və ümid edirəm ki, 2026-cı ilə qədər Fransa millisi ilə eyni tempdə davam edəcək, beləliklə, dünya çempionu ola biləcəyik".
Qeyd: 27 yaşlı fransız vinger Dembele bu mövsüm bütün turnirlər daxil, 37 oyuna çıxıb, 30 qol vurub, 6 assist edib.
📰: Le Parisien
© Copyright 2026, All Rights Reserved