Messi Çempionlar Kubokundakı oyunu buraxacaq
"İnter Mayami"nin hücumçusu Lionel Messi KONKAKAF Çempionlar Kuboku çərçivəsində "Kavaliers"ə qarşı oyunu buraxacaq.
90plus.az xəbər verir ki, 37 yaşlı hücumçu zədəli olmasa da, baş məşqçi Xavyer Maskerano ona bir neçə gün əlavə istirahət verməyi qərara alıb. Mütəxəssis Messinin sağlamlığını riskə atmaq istəmir.
Ulduz futbolçu fevralın 26-da “Sportinq Kanzas Siti” ilə qarşılaşmada əzələ narahatlığı yaşamışdı. O, martın 3-də "İnter Mayami"nin "Hyuston Dinamo" ilə görüşündə də (4:1) iştirak etməyib.
Qeyd: "İnter Mayami" - "Kavaliers" qarşılaşması Bakı vaxtı ilə bu gecə saat 03:00-da start götürəcək. Messi bu mövsüm komandası ilə 3 oyunda meydana çıxaraq 2 qol vurub və 2 asist edib.
© Copyright 2026, All Rights Reserved