Messi DÇ-2026 haqda danışdı
Argentina millisinin və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi DÇ-2026-da iştirak etmək ehtimalı ilə bağlı suala cavab verib.
90plus.az bildirir ki, 37 yaşlı futbolçu bu turnirdə milli komandaya dəstək olmaq üçün yaxşı formada qalmağa çalışdığını qeyd edib:
“DÇ-2026? 2025-ci il yenicə başlayıb. Böyük istəklə və motivasiya ilə çalışıram. Ümid edirəm ki, DÇ-2026-ya qədər özümü yaxşı hiss edərəm və mövsümə hazırlıq mərhələsini uğurla keçərəm ki, rəsmi oyunlara tam formada çıxım”.
Xatırlatma: Lionel Messi Argentina millisinin heyətində son dünya çempionatını qazanıb və turnirin ən yaxşı oyunçusu seçilib.
© Copyright 2026, All Rights Reserved