Messi: "Mən onların davranışlarını başa düşmürəm"
Argentina millisinin və "İnter Mayami" klubunun forvardı Lionel Messi meksikalı azarkeşlərin ona qarşı mənfi münasibətindən narazılığını bildirib.
90plus.az xəbər verir ki, futbol ulduzu bu barədə "Simplemente Fútbol" adlı "YouTube" kanalına verdiyi müsahibədə danışıb.
"Meksika komandasının azarkeşləri sanki özlərini bizim rəqiblərimizin yerinə qoyurlar, lakin əslində bu cür rəqabət yoxdur. Argentina ilə Meksika yığmaları arasında heç bir paralel aparmaq mümkün deyil. Bu münasibətin haradan qaynaqlandığını anlaya bilmirəm. Bu qarşıdurmanın nə zaman başladığını və bu qəzəbin səbəbini, meksikalıların nəyə görə belə davrandığını başa düşə bilmirəm", – deyə Messi qeyd edib.
© Copyright 2026, All Rights Reserved