Metin Demiral başladığı yerə geri dönür
Türkiyə millisinin müdafiəçisi Merih Demiral ölkəsinə qayıda bilər.
90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Əl-Əhli"nin futbolçusuna "Fənərbaxça" maraq göstərir.
İstanbul təmsilçisi Merih üçün addımlar atıb. Amma onun Səudiyyə Ərəbistanında maaşının yüksək olması transferin reallaşmasına mane olur. Belə ki, Demiral "Əl-Əhli"də illik 10 milyon avro maaş alır.
Demiralın Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-da qədərdir.
O, karyerası ərzində "Alkanense", "Sportinq", "Sassuolo", "Alanyaspor", "Yuventus" və "Atalanta" klublarında oynayıb. O, karyerasının ilk dönəmlərini "Fənərbağça"da keçirmişdi.
© Copyright 2026, All Rights Reserved