Mikayıl Cabbarov Hacı Əliyev barədə paylaşdı
İqtisadiyyat naziri, Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov özünün "X" hesabında Hacı Əliyev haqda paylaşım edib.
90plus.az xəbər verir ki, Cabbarov karyerasını bitirən idmançıya dəstək olmaq üçün bu sözləri yazıb:
"İkiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibi Hacı Əliyev karyerasını başa vurdu".
"O, mübarizə əzmi, intizamı və çalışqanlığı ilə hər zaman komanda yoldaşlarına nümunə olub. Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hacı Əliyevə təşəkkürünü bildirir. İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq. Hər şey üçün çox sağ ol, Hacı!".
https://x.com/mikayiljabbarov/status/1822947223316881860?s=46&t=v2dSsnl7h7EFIdikgtxaUQ
© Copyright 2026, All Rights Reserved