Millətlər Liqası: Bu gün püşkatma olacaq!
Bu gün Parisdə UEFA Millətlər Liqasının 2024/25-ci illər mövsümünün püşkatma mərasimi baş tutacaq. 90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, saat 21:00-da başlanacaq tədbirə Azərbaycan millisinin məşqçisi Arif Əsədov və milli assosiasiyanın başqa rəsmiləri yollanıb. C Liqasının 2-ci səbətində yer alan milli komandamızın potensial rəqibləri məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz. Liqalar üzrə səbətlərin tərkibi: A Liqası 1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland 2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan 3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa 4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya B Liqası 1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels 2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç 3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro 4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan C Liqası 1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq 2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları 3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr 4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya D Liqası 1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta 2-ci səbət: Andorra, San Marino, Lixtenşteyn Qeyd : Millətlər Liqasının 2024/2025 mövsümü üzrə ilk turun oyunları sentyabrın 5-7-də keçiriləcək.