Mourinyo "Çelsi"də oynatmadı, indi "Fənər"ə istəyir
"Fənərbağça" "Mançester Siti"nin ulduz futbolçusu Kevin De Bruyneni transfer edə bilər.
90plus.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Joze Mourinyo əlaqələrindən istifadə edərək bu transferi həyata keçirməyi planlaşdırır. Belçika millisinin üzvünün xidmətində ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlıdır.
33 yaşlı yarımmüdafiəçinin "şəhərlilər"lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Qeyd: Kevin De Bruyne cari mövsüm "Mançester Siti"nin heyətində 10 oyunda meydana çıxıb və 2 qol vurub.
© Copyright 2026, All Rights Reserved