Mourinyo getdi, “Fənərbağça” qalib gəldi
Joze Mourinyo ilə yollarını ayıran, müvəqqəti olaraq Zeki Murat Göle rəhbərliyində davam edən “Fənərbağça” ilk hissədə vurduğu qollarla rahat qələbə qazandı.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 3-cü turunda “Fənərbağça”nın yeni transferi Dorgeles Nene sarı-göy formadakı ilk oyununda qol sevinci yaşadı. En-Nesiri isə bu mövsüm liqadakı ilk qollarını vurdu.
FƏNƏRBAĞÇADAN TARİXİ İLK!
İstanbul təmsilçisi Super Liqa tarixində ilk dəfə “Gənclərbirliyi” səfərində ilk 45 dəqiqədə 3 qol vurdu:
Gençlerbirliyi 1 - 3 Fənərbağça
Pedro Pereira 14' (ö.q)
Y. En-Nesyri 35', 40'
D. Goutas 64'
Qollar:
https://t.me/doxsanplus/106992
https://t.me/doxsanplus/106993
https://t.me/doxsanplus/107004
Bu nəticədən sonra “Fənərbağça” liqada 3 oyundan sonra xalını 7-yə yüksəltdi. Super Liqada 4 oyun keçirən “Gənclərbirliyi” isə hələ də xal qazana bilməyib.
Milli fasilədən sonra “Fənərbağça” evdə “Trabzonspor”u qəbul edəcək. “Gənclərbirliyi” isə səfərdə “Rizəspor”la qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved