Mourinyodan "Qalatasaray"a atmaca
Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo paylaşımı ilə diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, "Qalatasaray" dünən Türkiyə Kuboku çərçivəsində evində "Başakşehir"lə 2:2 hesablı heç-heçə edib.
Matç bitdikdən sonra Joze Mourinyo mübahisəli bir epizodla bağlı öz sosial media hesabında paylaşım edib.
Portuqaliyalı mütəxəssis paylaşımında "Qalatasaray" futbolçusunun Migel Krespoya qarşı kobud hərəkətindən sonra hakimin bu vəziyyəti nəzərə almadığını vurğulayıb:
"Hörmətli Krespo, ümid edirəm sağlamlığınla bağlı heç bir problem yoxdur".
© Copyright 2026, All Rights Reserved