Mundiala az qalmış İspaniya Uilyams ciddi zədə aldı
İspaniya Niko Uilyams üçün nəfəsini tutub – Dünya Çempionatına az qalmış yeni zədə aldı.
90plus.az xəbər verir ki, İspaniya millisində və azarkeşlər arasında böyük narahatlıq yaranıb. Niko Uilyams 2026 Dünya Çempionatına cəmi bir neçə həftə qalmış "Atletik"də yeni zədə alıb.
"Valensiya" ilə oyunda baş verən hadisə zamanı gənc futbolçu birinci hissənin sonuna qədər davam edə bilməyib. Məlumata görə, sağ budun daxili əzələsində (adduktor) problem yaşayan Niko ötürmə zamanı ağrı hiss edib və dərhal yerə oturub.
Futbolçu daha sonra üzünü gizlədərək meydanı tərk edib. Onun vəziyyəti açıq-aşkar emosional olub və komanda baş məşqçisi Ernesto Valverde tərəfindən sakitləşdirilib.
Meydanı tərk edərkən Niko Uilyamsın “Olmaz, ola bilməz…” sözlərini təkrarladığı bildirilir.
Hazırda futbolçunun tibbi müayinələrinin nəticələri gözlənilir. Lakin həm bask azarkeşləri, həm də İspaniya milli komanda düşərgəsində ciddi narahatlıq hökm sürür. Çünki 2026 Dünya Çempionatının startına cəmi bir ay qalıb.
© Copyright 2026, All Rights Reserved