"Neftçi"nın futbolçuları millilərinə çağırıldı
“Neftçi”nin iki futbolçusu – Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.
90plus.az xəbər verir ki, Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək.
Kuç isə Monteneqro seçməsi ilə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.
Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.
© Copyright 2026, All Rights Reserved