Neymar 15 aydan sonra yenidən millidə
"Santos" klubunun 33 yaşlı hücumçusu Neymar uzun fasilədən sonra yenidən milli komandaya dəvət alıb.
90plus.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
15 aylıq fasilədən sonra yenidən yığmaya qayıdan futbolçu DÇ-2026-nın seçmə mərhələsində iştirak etmək şansı əldə edib.
Neymar sonuncu dəfə 2023-cü il oktyabrın 18-də Uruqvay millisinin əleyhinə keçirilən matçda Braziliya yığmasının heyətində meydana çıxıb.
Qeyd: Braziliya millisi martın 21-də Kolumbiya, 25-də isə Argentina yığması ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved