Neymar MLS yolçusudur
“Sinsinnati” Neymar transferi üçün hərəkətə keçib.
90plus.az xəbər verir ki, ABŞ-ın MLS təmsilçisi “Sinsinnati” braziliyalı ulduz Neymarın transferi ilə bağlı ilkin danışıqlara başlayıb.
“The Athletic” nəşrinin yaydığı məlumata görə, klub artıq futbolçunun nümayəndələri ilə ilk təmas qurub. Hazırda müzakirələr erkən mərhələdədir və rəsmi təklif təqdim olunmayıb.
Xəbərdə bildirilir ki, “Sinsinnati” Neymarı layihəyə cəlb etmək üçün klubun maliyyə imkanlarına və yeni infrastruktura güvənir. ABŞ təmsilçisi hesab edir ki, bu amillər braziliyalı hücumçu üçün cəlbedici ola bilər.
Hazırda Neymar Braziliyanın "Santos" klubunda çıxış edir. Onun müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir.
33 yaşlı futbolçunun mümkün MLS macərası baş tutarsa, bu, liqanın son illərdəki ən səs-küylü transferlərindən biri olacaq.
© Copyright 2026, All Rights Reserved